ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - FOTO - VİDEO

Ata 13 yaşlı qızı və 11 yaşlı oğlu ilə birgə minaya düşüb. Atanın ayağı amputasiya edilib.
Avtosfer.az xəbər verir ki, hadisə işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, 42 yaşlı Səbuhi Məmmədov iki azyaşlı övladı ilə birlikdə minalardan təmizlənməmiş əraziyə daxil olub və onlar piyada əleyhinə minaya düşüblər. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunublar.
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində də mina partlayıb. Minatəmizləmə agentliyinin əməkdaşı, 34 yaşlı Heydər Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun sağ ayağı topuqdan amputasiya olunub. Vəziyyəti qənaətbəxşdir.
Onu da qeyd edək ki, Xankişiyev Heydər Əli oğlu şəhid övladıdır. Xezerxeber.az-ın əldə etdiyi məlumata görə, Heydər Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir. O, Birinci Qarabağ müharibəsinin şəhidi Xankişiyev Əli Şahlar oğlunun övladıdır. Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Daha ətaraflı videomaterialda.



Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO










