Anasının atıb getdiyi Sarayın MEYİTİ TAPILDI - VİDEO

2024-cü il dekabrın 24-də Zərdab rayonunda Kür çayında batan 13 yaşlı yeniyetmə qızın meyiti yanvarın 2-də tapılıb.
Avtosfer.az xəbər verir ki, meyit batdığı yerdən təxminən 15 kilometr aralıda, Kür çayının Kürdəmir rayonunun Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Mərhumun nənəsi Aişə Kərimova hadisə ilə bağlı danışaraq bildirib:
"Uşağı səhər dərsə yola salmışdım. Qardaşı ilə birlikdə evdən çıxmışdılar. Yolda məktəbdə işləyən xadimə ona "Gəl, birlikdə gedək" desə də, Saray "Sən get, mənim işim var, adam gözləyirəm" deyib. Sonra gözlədiyi qıza "İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi" söyləyib. Bilmirəm ki, aralarında nə baş verib. Dekabrın 4-də də ad günü idi. Anası zəng etmişdi. Nə qədər desək də, onunla danışmaq istəmədi. Anası üç il əvvəl uşaqlarını qoyub başqasına ərə gedib".
Hadisə ilə bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












