Ankara-Bakı təyyarəsində dava - Aeroporta enən kimi həbs olundu

Ötən il dekabrın 27-si yerinə yetirilən Ankara-Bakı reysində iki nəfər arasında dava düşüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xaçmaz rayon sakini 1989-cu il təvəllüdlü Z.Baloğlanov təyyarədən düşərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, təyyarə Bakıya eniş edərkən onunla digər sərnişin arasında insident yaşanıb.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Onun sərxoş halda olması müəyyənləşdirilib.
Xəzər Rayon Məhkəməsinə göndərilən Z.Baloğlanov törətdiyi xətanı qismən etiraf edib: “Ankara-Bakı aviareysi ilə uçub Bakıda hava limanına eniş etdik. Oturduğum yerdən qalxıb çıxmaq istəyərkən yanımda əyləşmiş digər sərnişin tez keçmək üçün məni itələdi. Bu zaman həmin sərnişinlə aramızda narazılıq oldu. Bakıya gəlməmişdən öncə Ankara aeroportunda bir az spirtli içki qəbul etmişdim. Təyyarədən düşəndən sonra həmin sərnişin məndən şikayət edib. Bundan sonra məni polis şöbəsinə gətirdilər. Müəyyən səbəblərdən 4 gün yuxusuz olduğumdan gərgin idim, əsəblərimi cilovlaya bilməyərək xırda xuliqanlıq hərəkətlərinə yol verdim”.
Məhkəmənin qərarı ilə Z.Baloğlanov 4 günlük həbs olunub və dekabrın 31-i sərbəst buraxılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












