Aparıcının iki yaşlı qızının ölümü ilə bağlı araşdırmalara başlanıldı - FOTO - YENİLƏNİB

Hadisə 27 Sentyabr 2024 11:21 Oxunub 406
Aparıcının iki yaşlı qızının ölümü ilə bağlı araşdırmalara başlanıldı - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC sədrinin köməkçisi, Xüsusi layihələr departamentinin rəhbəri Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər.

***

Tanınmış teleaparıcı Həmid Əsədzadənin iki yaşlı qız övladının ölüm səbəbi məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, uşağın həyatını itirməsinə səbəb ürəyində yaranan problem olub.

Qeyd edək ki, Həmid Əsədzadə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC sədrinin köməkçisi, Xüsusi layihələr departamentinin rəhbəridir.

***

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin iki yaşlı qızı faciəli şəkildə həyatını itirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

***
AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh