Araz Musayevin vurulmasını sifariş edənlər saxlanıldı - Özündən ilk AÇIQLAMA - YENİLƏNİB

"Antalya şəhərində dünya çempionatı keçirilir. Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular".
Avtosfer.az xəbər verir ki, bunu unikal-a açıqlamasında ötən gün Antalyada bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev deyib.
O bildirib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.
A.Musayev qeyd edib ki, beşbarmaqla bir zərbə üzündən, başından və bədənindən iki yerdən bıçaqla vurublar: "Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Bu federasiyaya dəstək verən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim".
Azərbaycan Kikboksinq Federasiyasından saytımıza bildirilib ki, bu hadisəni törədən şəxsləri nə Azər Həsənsoy, nə də Elşən Abdulrəhimov tanıyır.
"Federasiya olaraq Araz Musayevin vurulmasını pisləyirik", - deyə qeyd edilib.
***10:06
Antalyanın Kəmər rayonunda keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev 2 nəfər tərəfindən bıçaqlanıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisəni törədənlər Azərbaycan vətəndaşlarıdır. Onlar hadisə yerindən taksi ilə Antalya hava limanına qaçıblar. Lakin polis azərbaycanlıları hava limanında saxlayıb.
Qeyed edək ki, hadisə Göynük bələdiyyəsində yerləşən Atatürk İdman Sarayında baş verib. Daxil olan məlumata görə, Atatürk İdman Sarayında keçirilən çempionat zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev iki şəxs tərəfindən bıçaqlanıb.
Araz Musayev sarayda olan sağlamlıq qruplarının ilkin yardımından sonra təcili yardımla Kəmər Dövlət Xəstəxanasına aparılıb. Burada edilən müdaxilədən sonra Musayev Antalya Şəhər Xəstəxanasına köçürülərək əməliyyat olunub. Onun müalicəsi davam edir.
Hadisə ilə bağlı Kəmər rayon Respublika Prokurorluğunun koordinasiyası ilə istintaq işləri davam etdirilir.
Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı
“Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnfiormasiya İB yeni layihəyə start verib
Piyada keçidi ola-ola azyaşlı ilə avtomobillərin önünə atıldı - VİDEO
Bakıda xarici narkotacirlərə xidmət edən sürücülər belə saxlanıldı - Əməliyyat görüntüləri - VİDEO
Bakıda baş vermiş kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Musiqi sifarişi üstündə dava düşdü – Müştəri xəstəxanalıq oldu - VİDEO
Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO - VİDEO
Masazırda kanalizasiya problemi: Çirkab su küçəyə axdı - VİDEO
Borca görə avtomobilin nömrəsini oğurlayan şəxs HƏBS EDİLDİ
Yüzlərlə kartdan pul oğurlayan iki gənc həbs olundu - ŞOK ƏMƏLİYYAT - VİDEO
Prospektdə təhlükəli anlar: Piyadalar yolu “öz bildikləri kimi” keçdi - VİDEO








