Ardıcıl qayda pozan sürücüyə həmkarı baxın necə reaksiya bildirdi - VİDEO

Sürücü eyni anda bir neçə qayda pozuntusu törədərək qəza şəraiti yaradıb.
Avtosfer.az-ın məlumatına əsasən, qınaq obyektinə çevrilən hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş verib. Videoregistratora düşən görüntüdən bəlli olduğu kimi, öz zolağı ilə gedən nəqliyyat vasitəsi “Pick-up”ın baş vurduğu qayda pozuntusu ilə qəza şəraitinə məruz qalıb. Qoşa xətdən sola dönən “Pick-up” etdiyi yanlışla kifayətlənməyib. Belə ki, o, dayanma-durma qaydasına məhəl qoymayaraq avtomobilini maşın yolunda parklayıb və nəqliyyat vasitəsinin yolunu kəsib. Nəticədə digər zolağa keçmək məcburiyyətində qalan sürücü qayda pozan şəxsə “xəstəsən?” deyə reaksiyasını bildirib.
Qeyd edək ki, sürücünün baş vurduğu qoşa xəttin tələbinin pozulması İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 100 manat və 4 bal cəriməylə nizamlanır. Həmçinin dayanma-durma qaydasını gözardı edərək qəza təhlükəsi yaratdığı üçün 20 manat cərimə də ödəmək məcburiyyətindədir.
Nərmin
Toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu - 4 il 10 ay 4 gün
Gəmiricilər kabelləri məhv edib təzə avtomobillərə ziyan vurdu
Bakıda naməlum qadın gecə evlərin arasında gəzir - "Narkotik axtarır" - VİDEO
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO











