Arif Hacılının sərxoş vəziyyətdə qəza törədib qaçan oğlu həbs edildi - VİDEO

Hadisə 31 Oktyabr 2023 22:50 Oxunub 5832
Arif Hacılının sərxoş vəziyyətdə qəza törədib qaçan oğlu həbs edildi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Arif Hacılı feysbuk hesabında yazıb.

O, oğlunun bir neçə gün öncə baş verən qəza ilə bağlı saxlanıldığını bildirib.

Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılması əks olunub.

Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib etmişdi.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh