Arvadı ilə kafedə yemək yeyən kişi keçmiş sevgilisi ilə qarşılaşdı, "aləm qarışdı"

Bakının Nizami rayonunda restoranda dava olub, ər arvadına xəsarət yetirib.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə “Nəğmə” restoranının kabinetində baş verib. Ağstafa rayon sakini, 1987-ci il təvəllüdlü Nəsib arvadı Zemfira (adlar şərtidir – red.) ilə mübahisə edib.
Arvadı ilə birlikdə yemək yeyib, spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olarkən həmin restoranda təsadüfən əvvəllər sevgi münasibətində olduğu Samirə ilə rastlaşıb. Samirə ilə arvadı Zemfira mübahisə edib. Qısqanclıq zəminində mübahisə etmələrinə irad bildirməsinə arvadının ona kobud cavab verməsi mübahisəni daha da şiddətləndirib.
Bu zaman Nəsib arvadının sifətinin sağ nahiyəsinə və şillə ilə dodaq nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Nəsib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş də ifadəsində əri ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını, ona maddi ziyan dəymədiyini bildirib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












