Arvadından şikayət etdi - Özü həbs edildi

Bakıda arvadından polisə şikayət edən şəxs özü həbs edilib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1973-cü il təvəllüdlü O.P. evində həyat yoldaşı ilə mübahisə edib.
Mübahisədən sonra O.P. içkili halda həyat yoldaşından polis bölməsinə şikayət verib. Həmin şəxs çox içkili olduğu üçün ondan ərizə üçün ayıq başla yaxınlaşması xahiş edilib.
Bundan narazı olan O.P. mobil telefonu ilə şöbəni çəkib və nalayiq ifadələr işlətməyə başlayıb. O, nizam-intizama dəvət edilsə də, eyni əməllərini davam etdirib.
Təqsirləndirilən şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə cinayət işi açılıb, iş məhkəməyə göndərilib. O.P. müvəqqəti saxlama yerində olarkən da radiatorun qoruyucu taxtasını sındırıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 5 günlük həbs olunub.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












