Arvadını evdə, qayınatasını isə parkda bıçaqladı - YENİLƏNİB

İyulun 23-də saat 17:30 radələrində 2 nəfər (biri qadın, biri kişi cinsli) Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Avtosfer.az-a bildirilib ki, 1966-cı il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin deşilmiş yaraları, 1986-cı il təvəllüdlü şəxsə isə (qadın cinsli) qarının epiqastral nahiyəsinin kəsilmiş-deşilmiş və bədənin çoxsaylı deşilmiş yaraları diaqnozu təyin olunub.
Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərildikdən sonra onlar Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.
***10:23
Neftçalada Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunu qəsəbədə yerləşən parkda bədən xəsarəti yetirib. Sonra isə arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evə gedərək onu yaralayıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.(unikal)
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO











