ASCO Transxəzər marşrutu ilə növbəti dəfə Hövsan limanına yük çatdırıb - VİDEO
Hadisə 5 May 2022 23:38 Oxunub 1152
ASCO Transxəzər marşrutu ilə növbəti dəfə Hövsan limanına yük çatdırıb - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xətt ilə növbəti dəfə yük çatdırıb.

ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi Qazaxıstanın Aktau limanından çıxaraq bu gün Hövsan limanına yan alıb. Məlumata görə, gəmidə 98 ədəd 40 və 20 futluq konteynerlərdə qarışıq yüklər olub. Hövsan limanının dispetçeri Vadim Seyidov bildirib ki, konteynerlər terminalın 6-cı körpüsündə boşaldılıb. Qeyd edək ki, yüklər Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən yola düşüb, buradan Gürcüstanın Poti limanına yola salınacaq, sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh