Banner

Astarada 17 yaşlı qız toy gecəsi öldü - Hamilə olub - YENİLƏNİB

Hadisə 29 Oktyabr 2025 13:41 Oxunub 466
Astarada 17 yaşlı qız toy gecəsi öldü - Hamilə olub - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Astarada hamilə qadının toyundan sonra ölməsinin ilkin səbəbi açıqlanıb.

TƏBİB-dən Avtosfer.az-a bildirilib ki, 28.10.2025-ci il tarixində saat 22:00 radələrində 2008-ci il təvəllüdlü qadın Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub.

Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib.

***11:18

Astarada gəlin ölüb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən  Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hələ 18 yaşı tamam olmayan Ə.İmanovun hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh