Astarada 29 yaşlı tur rəhbəri yük maşınından yıxılaraq ölüb - FOTO

Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.
Kənddə turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.
Ətrafdakıların köməyi ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub.
R Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun dayısı Azad Rzayev verdiyi açıqlamada bildirib ki, R.Zamanovu epilepsiya tutub və o yıxılıb, baş nahiyəsindən xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Xəbər verdiyimiz kimi, Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb. Sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, avqust ayının 2-də saat 12 radələrində sürücü T.Əliyev idarə etdiyi "QAZ 6601" markalı yük avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsinin yük yerində olan sərnişin 31 yaşlı R.Zamanov asfalt örtüyünün üzərinə yıxılıb. Sərnişin aldığı xəsarətlər nəticəsində ölüb. Hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.





Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












