Astarada 47 yaşlı qadın qətlə yetirilib, şübhəli bilinən oğlu saxlanılıb

Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunub ki, bu gün saat 15 radələrində Astara şəhər sakini 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Kazımzadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.
***
Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
***
Astara rayonunda 47 yaşlı qadın öldürülüb, oğlu şübhəli şübhəli bilinir. Məlumata görə, hadisə Astara şəhəri ərazisində baş verib. Belə ki, şəhərin H.Aslanov küçəsi ev 57 ünvanında qeydiyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib. Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Qusarda ƏMƏLİYYAT: Kəsici alətlə ictimai qaydaları pozan şəxs SAXLANILDI
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu











