Banner

Astarada 55 yaşlı qadın öldürüldü - Gəlini saxlanıldı - YENİLƏNİB

Hadisə 30 İyul 2025 10:11 Oxunub 364
Astarada 55 yaşlı qadın öldürüldü - Gəlini saxlanıldı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyulun 29-da gecə saatlarında Astaranın Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirildiyi məlum olub.

Avtosfer.az xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən, X.Manafovanın gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.

Qeyd edilib ki, hadisə ailə münaqişəsi nəticəsində baş verib. İlkin məlumatlara görə, mübahisə zamanı R.İmanova qayınanasını kəsici alətlə qətlə yetirib.

***09:36

Astara rayonunda qadın qətlə yetirilib.

Avtosfer.az xəbər verir ki, rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh