Astarada 71 yaşlı qadın qətlə yetirilib, qonşusu tutulub

Astarada qətl törətməkdə şübhəli bilinən 55 yaşlı qadın saxlanılıb. Avtosfer.az-ın verdiyi xəbərə görə, qətlə yetirilən Şahimə Salayevanın qonşusu, 1970-ci il təvəllüdlü Ziba Abidova polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. O, qətli törətməkdə şübhəli bilinir.
***
Astarada intihar etdiyi deyilən qadının qətlə yetirildiyi məlum olub. Məlumata görə, sentyabrın 7-də Astara rayonunun Miki kənd sakini 1954-cü il təvəllüdlü Şahimə Zeynulla qızı Salayevanın meyiti yaşadığı ünvanda tapılıb. İlkin məlumata görə, Ş.Salayevanın meyiti döşəmədə oturmuş halda, baş örpəyi boğazında çarpayıya bağlanan vəziyyətdə aşkarlanıb. Həmin vaxt qadının intihar etdiyi bildirilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Ekspertizanın verdiyi rəydən sonra Ş.Salayevanın qətlə yetirildiyi məlum olub. Araşdırma zamanı o da məlum olub ki, qadına məxsus sandıq evdən oğurlanıb. Axtarışlardan sonra sandıq meşəlik ərazisindən tapılıb. Qətli törətməkdə şübhəli bilinən Ş.Salayevanın qonşusu (qadın) saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












