Astarada 72 yaşlı kişi dənizdə boğulub

Astarada 72 yaşlı kişi dənizdə boğulub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, boğulma hadisəsi rayonun Xəzər dənizi sahilində yerləşən Qamışoba kəndi ərazisində baş verib.
Belə ki, dənizdə istirahət edənlər sahildə meyit aşkar ediblər. Yaxınlıqda olanlar boğulan şəxsin Bala Şahağac kənd sakini, 1953-cü il təvəllüdlü Xudaverdi Ağarza oğlu Məmmədov olduğunu təsdiq ediblər. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər. Müəyyən edilib ki, boğulan şəxs fiziki qüsurlu (lal və kar) olub. O, vaxtaşırı dəniz havası almaq üçün bu əraziyə gəlirmiş.
Ehtimal edilir ki, mərhum suda olarkən ürəktutması keçirib və suya yıxılıb. Bundan sonra ləpələr onu sahilboyu isiqamətində hərəkət etdirib. Onun şəxsi əşyaları tapıldığı ərazidən təxminən 100 metr aralıda müəyyən edilərək götürülüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












