Atadan VƏHŞİLİK: Qızını öldürdü, cəsədi motosikletə bağlayıb kənddə sürüdü

Hadisə 13 Avqust 2023 17:20 Oxunub 2076
Atadan VƏHŞİLİK:  Qızını öldürdü, cəsədi motosikletə bağlayıb kənddə sürüdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 Hindistanda ata öz qızı ilə vəhşicəsinə rəftar edib, sonra isə digər qızlara xəbərdarlıq olaraq onun cəsədini motosikletin arxasına bağlayaraq bütün kəndi gəzdirib.

Hadisə Hindistanın Pəncab ştatının Muçhal kəndində baş verib.

Evdən çıxaraq səhəri gün qayıdan 16 yaşlı qızının bu hərəkəti atanı qəzəbləndirib. Nəticədə kişi sözünə baxmayan qızını döyüb, daha sonra isə bıçaqla onu kəsib.

Bundan sonra ata qızının meyitini motosikletə bağlayıb, onu kənddə sürüyüb, sonra isə meyiti dəmiryol relslərinə atıb.

Qeyd olunur ki, dəhşətli qətldən sonra həmin şəxs özünü “ləyaqət sahibi” adlandıraraq əməlindən peşman olmayıb. O, həbs olunub. (lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh