Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi

Balakəndə atasını qətlə yetirən yeniyetmə oğlanın anası və böyük qardaşı da həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar törədilən cinayəti gizlətməkdə təqsirli biliniblər.
Bu dəhşətli hadisə 2 il əvvəl, dekabr günlərinin birində baş verib. 15 yaşlı yeniyetmə anasını bıçaqla öldürmək istəyən atası Qəhrəman Bayramovun başına balta ilə vuraraq onu qətlə yetirib.
Hadisədən sonra anası Arzu Bayramova və 22 yaşlı qardaşı İlyas Bayramov onun məsuliyyətdən yayınması üçün cinayətin izlərini gizlətməyə qərar veriblər. Onlar əvvəlcə cinayət alətini gizlədib. Meyiti isə gecə saatlarında rayon ərazisindən keçən Mazımçaya atıblar.
Amma cinayətin üstü tez açılıb. Bir neçə gün sonra meyit çayın kənarına çıxıb, bununla da ailənin planı pozulub.
Atasını qəsdən öldürməkdə təqsirli bilinən yeniyetməyə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. (18 yaşı tamam olmamış cinayət törədən şəxsə 10 ildən artıq cəza təyin edilə bilməz-red). Yeniyetmənin anası və qardaşı isə cinayəti gizlətməyə görə ayrıca mühakimə ediliblər. İş üzrə məhkəmə araşdırması bu günlərdə tamamlanıb.
İlyas məhkəmədə etiraf edib ki, hadisədən sonra qardaşı polisə təslim olmaq istəyib, lakin anası onun həbs olunacağı təqdirdə özünü öldürəcəyini deyib. Bu səbəbdən fikirlərindən daşınıblar.
Arzu Bayramova isə deyib ki, oğlu uşaq olduğu üçün onun həbsə düşməsini istəməyib. Bu səbəbdən cinayəti gizlətmək istəyib.
Onlar etdiklərinə görə məhkəmədə peşman olduqlarını dilə gətirərək həbs olunmamalarını xahiş ediblər.
Hakim isə hesab edib ki, xüsusilə ağır cinayəti gizlədən şəxslərin azadlıqda qalması mümkün deyil. Hökmə əsasən, ana və oğul 2 il azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında - elə yerindəcə həbs ediliblər.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












