Atasının başını kəsib, polis maşınına gülə-gülə minib: Saatlıda dəhşətli qətl - YENİLƏNİB

News24.az baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatını əldə edib.
Belə ki, dəhşətli hadisə ata ilə oğul arasında şəxsi münasibətlər zəminində baş verib. Atasını qətlə yetirməkdə şübhəli bilinən Rabil Ağayevin narkoman olduğu bildirilir. O, atasını təxminən bir həftə öncə evdən qovubmuş və evə gələrsə, öldürəcəyini bildiribmiş.
Hadisənin baş verdiyi gün, yəni bu gün Ramiz Ağayev evə geri dönüb və günorta saatlarında həyətyanı sahələrində iribuynuzlu heyvanlarına su verirmiş. Elə bu zaman oğlu arxadan ona yaxınlaşaraq şüşə parçası ilə atasının boyun nahiyəsinə ölümcül zərbələr endirib, başını arxadan kəsib.
Məlumata görə, Rabil Ağayev polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilə gülə-gülə minib.
Cinayət əməlini törətməkdə şübhəli bilinə 2000-ci il təvəllüdlü Rabil Ramiz oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
***
20:05
İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü










