Avtobus dayanacağında “ruçnoy” çəkərək insanları qorxuya saldı - VİDEO

Əks tərəfdən gələn avtomobillərin yoluna çıxan sürücü avtoxuliqanlıq edərək təhlükə saçdı.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən qayda pozuntusu paytaxt ərazisində qeydə alınıb. Həvəskarın lentə aldığı görüntülərdən də aydın olduğu kimi “VAZ-2107” markalı, 10-OX-401 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşınların azlığından istifadə edərək gəldiyi yoldan əks istiqamətə dönməyə cəhd edib. Belə ki, əl əyləcini çəkən sürücü təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxararaq və təkər izləri buraxaraq arxadan gələn maşına təhlükə yaradıb.
Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntusu avtoxuliqanlıqlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlanır.
Nərmin
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı










