Avtobus sürücüsü ictimai qaydanı kobud şəkildə pozdu - VİDEO

Sumqayıtın Saray qəsəbəsində küçədə yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar həmin əraziyə nəqliyyat vasitələrinin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb. Avtosfer.az xəbər verir ki, bu səbəbdən yol nəzarətçisi sürücüləri geri qaytararaq, alternativ istiqamətlərə yönləndirir. Lakin "Hyundai" markalı avtobusun sürücüsü tətbiq edilən qaydalara məhəl qoymayıb. Halbuki əraziyə girişin müvəqqəti məhdudlaşdırılması barədə sürücülərə əvvəlcədən xəbərdarlıq edilib. Hadisə şahidinin sözlərinə görə, sürücü yol nəzarətçisinin "dayan, gözlə" çağırışlarına məhəl qoymayaraq, "tələsirəm" deyib hərəkəti davam etdirib.
Zərərçəkən isə baş verənləri belə izah edib:
"Mən dedim ki, sağa çıx, irəlidə asfalt çəkilir. Amma o razılaşmadı, "keçəcəyəm" deyib üstümə sürdü. Mən də müqavimət göstərmək üçün avtobusun qarşısını kəsdim".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə Abşeron rayonunun Saray qəsəbəsində avtobus sürücüsünün ictimai qaydanı kobud şəkildə pozması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır. Hazırda sürücünün müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Ətraflı Baku TV-nin süjetində:
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO
"Bandotdel" ƏMƏLİYYAT KEÇİRDİ - 3 nəfər saxlanıldı - VİDEO
İş adamı tanışlarının maşınına narkotik qoydurmaq istədi - HƏBS EDİLDİ
Abşeron Gənclər Şəhərciyində yanğın - FOTO - VİDEO
Mağaza sahibləri ilə silahlı insident yaşandı – Çeçen öldü, 4 yaralı, 14 şübhəli var – ANBAAN VİDEO
Sərnişinin bu hərəkəti taksi sürücüsünü əsəbiləşdirdi - VİDEO
Polisin əmrinə tabe olmayan sürücüyə atəş açıldı – ANBAAN VİDEO
Qazaxıstandan yenicə gəlmişdi, dəm qazından öldü - FOTOLAR - YENİLƏNİB











