Avtobus sürücüsü ilə sərnişin arasında dava - Çantadan bıçaq çıxardı... - RƏSMİ - YENİLƏNİB

“BakuBus" MMC-nin istismarında olan 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90-JY-759 dövlət qeydiyyat nömrəli avtobusda sürücü və sərnişin arasında baş verən insidentlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında dərhal daxili araşdırma aparılıb.
“BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyevanın Avtosfer.az-a verdiyi məlumata görə, araşdırma zamanı videomüşahidə kameralarının görüntüləri əsasında müəyyən edilib ki, sərnişin ictimai nəqliyyatdan istifadə qaydalarını kobud şəkildə pozaraq, orta qapıdan avtobusa daxil olmaq istəyərkən nəqliyyat vasitəsini idarə edən sürücü Səxavət İbrahimov tərəfindən ona irad bildirilib və bu zəmmində tərəflər arasında münaqişə yaranıb.
Baş vermiş hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat verilib və hazırda aidiyyəti qurum tərəfindən araşdırma aparılır.
İnsidentlə bağlı yekun rəy verildikdən sonra ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
***04 mart, 22:12
Bu gün axşam saatlarında Bakıda sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında dava düşüb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Esmira Cavadova feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, hadisə “Xətai” metrosu yaxınlığında baş verib.
Məlumata görə, mübahisə sərnişinin 30 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusa orta qapıdan minməsi ilə başlayıb. Bu zaman sürücü sərnişindən ön qapıdan minməsini tələb edib. Sərnişin isə düşüb ön qapıya gələn zaman sürücü qapını bağlayaraq avtobusu hərəkət etdirib.
Sərnişin bundan qıcıqlanaraq avtobusun arxasınca qaçıb və sürücünü növbəti dayanacaqda yaxalayıb. Bu zaman tərəflər arasında qarşılıqlı söyüşlər olub.
Bütün bunlar avtobusdakı sərnişinlərin gözü qarşısında baş verib. Bu azmış kimi mübahisənin iştirakçısı olan naməlum sərnişin əlindəki çantadan bıçaq çıxarıb. Mübahisə iştirakçılarının əlbəyaxa davası digərlərinin qorxması ilə nəticələnib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












