![Sel körpünü qəzalı vəziyyətə saldı: mərkəz ilə əlaqə kəsilib - VİDEO](/upload/news/small/4669627.jpg)
Avtobusa minmək üçün özünü təhlükəyə atan piyada baxın nə etdi - VİDEO
Hadisə
30 Dekabr 2023 23:00
Oxunub 1182
![Avtobusa minmək üçün özünü təhlükəyə atan piyada baxın nə etdi - VİDEO](/upload/news/452152.jpeg)
Paytaxtda təhlükə saçan piyada görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 28-də axşam saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, yolun ortasında dayanan orta yaşlı kişi qarşıdan gələn avtobusu əliylə işarə edərək saxlamağa cəhd edib. Qayda pozan piyada, keçid olmayan yoldan istifadə edib və bununla kifayətlənməyərək avtomobillərin hərəkətinə məhəl qoymayıb. Belə ki, o, ictimai nəqliyyat vasitəsinə minmək üçün maşınların üzərinə şığıyıb və sürücülərin siqnal verməsinə baxmayaraq qəza riski yaradıb.
Təəssüf hissiylə qeyd edək ki, bəzi piyadalar vaxta qənaət etmək üçün öz həyatlarını təhlükəyə atırlar. Lakin yaranmış təhlükənin qəzayla nəticələnə biləcəyini nəzərə almırlar.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR