Oğurladığı pulla bazarlıq edən cibgir kameraya düşdü; polis həbs etdi - VİDEO

Hadisə 9 Fevral 2026 10:00
Oğurladığı pulla bazarlıq edən cibgir kameraya düşdü; polis həbs etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsi oğurlanıb.

Avtosfer.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Pünhan Umudov müəyyən edilərək saxlanılıb.

Həmin şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə marketlərdə 900 manatlıq alış-veriş etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.

 

Oxunub 584
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh