Avtobusu dərəyə aşırıb 5 nəfərin ölümünə səbəb olan sürücü cəzalandı - 4 İL HƏBS - VİDEO

Beş nəfərin ölümü ilə nəticələnən qəzaya görə avtobus sürücüsü 4 il müddətinə azadlıqdan məhrum edilib. Avtosfer.az xəbər verir ki, hadisə 2024-cü il sentyabrın 10-da Rusiyanın Yakutiya bölgəsində, A-360 "Lena" federal avtomobil yolunda baş verib. Bu barədə Saxa Respublikası Prokurorluğu məlumat yayıb.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs idarə etdiyi “Higer” markalı avtobusla “Çulman” hava limanından sərnişinləri Aldan şəhərinə aparırmış. O, sərnişinləri götürdükdən bir qədər sonra avtobusun sükan idarəetməsini itirərək qarşı zolağa keçib və oradan da dərəyə aşırıb. Qəza nəticəsində avtobus olan sərnişinlərdən beşi ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb.
Qeyd edilir ki, həbs olunan şəxs 4 il cəzaçəkmə müəssisəsində cəza çəkməklə yanaşı, 2,5 il müddətinə nəqliyyat idarə etmək hüququndan da məhrum edilib.
Namiq Musayev
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












