Avtomobil bir qrup insanı vurdu - 8 nəfər xəsarət alıb

Polşanın paytaxtı Varşavanın şərqində avtomobil məktəb hasarı yanında bir qrup insanı vurub, bir neçə nəfər xəsarət alıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə TVN24 telekanalına polis nümayəndəsi Bartolomey Şnyadala bildirib.
“Hadisə yerində polis tərəfindən əldə edilən ilkin məlumatlara görə, “Kia” markalı minik avtomobilinin sürücüsü məktəbin qarşısındakı dayanacaqda dayanan iki uşağı və bir kişini vurub”, – Şnyadala deyib.
Onun sözlərinə görə, sürücü ayıq olub, hadisə saat 16:00 radələrində Varşavanın şərqindəki Vesola rayonunda yerləşən ibtidai məktəbin yanında baş verib.
Daha sonra Dövlət Yanğın Xidmətinin nümayəndəsi Patrik Topolski “TVN Warszawa” telekanalına müsahibəsində hadisə sonucunda səkkiz nəfərin xəsarət aldığını vurğulayıb.
“Minik avtomobilini idarə edən şəxs hasara çırpılıb və nəticədə səkkiz nəfər xəsarət alıb. Xəsarət alanlardan altısı uşaq, ikisi böyükdür”, – o qeyd edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












