Avtomobil palçıq çuxurunda batdı - VİDEO

Hadisə 2 İyul 2024 10:14 Oxunub 276
Avtomobil palçıq çuxurunda batdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Barnaulda (Rusiya) dayanacaqda qalan "Jeep Cherokee" markalı avtomobil hidravlik sınaqlar zamanı kommunal qəza nəticəsində palçıq çuxuruna düşüb.

Sosial şəbəkələrdə paylaşılan kadrlarda avtomobilin bir dəqiqə ərzində yaranan çuxura necə batdığını görmək olar.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin avtomobillə bağlı bunu demək mümkün deyil. Xilasedicilər kran vasitəsilə avtomobili çuxurdan çıxararaq evakuatora yükləyiblər.

Həmin görüntüləri təqdim edirik:

manşet.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh