Avtomobil xarab oldu, 49 nəfər susuzluqdan öldü

Nigerin şimalında səhralıq ərazidə yük avtomobilində yaranan nasazlıq 49 nəfərin ölümü ilə nəticələnib.
Avtosfer.az xəbər verir ki, hadisə Asamaka şəhərindən 80 kilometr məsafədə Əlcəzair, Niger və Mali sərhədləri yaxınlığında baş verib. Qurban bayramına görə Malidən vətənə qayıdan nigerliləri daşıyan yük avtomobilində nasazlıq yaranıb. Səhranın ortasında avtomobili təmir etmək cəhdi uğursuz olub və 49 nəfər susuzluqdan həyatını itirib. maşında olan 2 nəfər piyada 50 kilometrədək yolu 3 günə qət edərək Asamakaya gələ biliblər. Hadisədən xəbər tutan bələdiyə əməkdaşları hadisə yerinə gedərək ölənləri yerindəcə ümumi məzarlıqda dəfn ediblər.
Adaqez regionunun qubernatoru bildirib ki, avtomobilin işə düşməməsinə akkumulyatorun boşalması səbəb olub. Sərnişinlər isə Malidə qızıl hasilatı ilə məşğul olan işçilər olub.
Sözügedən ərazi dəfələrlə kütləvi insan ölümünə səbəb olub. Böyük səhranın bu hissəsində mobil rabitə yoxdur. Mali və Nigerin sərhədləri isə çox pis qorunur.
Vüqar
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












