Avtomobil yolunda insident: cütlük bıçaqlı hücuma məruz qaldı - VİDEO

İstanbulun Eyüpsultan rayonunda yerləşən TEM avtomobil yolunda baş verən insidentdə bir cütlük bıçaqlı hücuma məruz qalıb.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, naməlum səbəbdən avtomobildə mübahisə edən bir kişi və qadın yol kənarında dayanaraq mübahisəni davam etdiriblər. Bu zaman motosikletlə yoldan keçən başqa bir cütlük vəziyyətə müdaxilə etmək istəyib.
Motosiklet sürücüsü və həyat yoldaşı tərəfləri sakitləşdirməyə çalışsa da, əlində bıçaq olan avtomobil sürücüsü motosikletçiyə hücum edib. Qadın öz həyat yoldaşını qorumaq istəsə də, hücumun qarşısını almaq mümkün olmayıb.
Hadisəni müşahidə edən avtomobil sürücüləri kənardan müdaxilə etsələr də, hadisənin əsas iştirakçıları avtomobilə minib ərazidən uzaqlaşıblar.
Hadisə anı bir avtomobilin daxili kamerasına da əks olunub. Eyüpsultan Rayon Polis İdarəsi faktla bağlı araşdırmalara başlayıb.(sonxeber.az)
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu










