Avtomobildə qumbara partlayıb, xəsarət alan var

Ermənistanın Gegharkunik vilayətinin Sevan şəhərində “Lada Priora” markalı avtomobildə qumbaranın partlaması nəticəsində bir nəfər qəlpə yaraları alıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Hadisə bazar günü axşam saatlarında baş verib. Vilayətin 28 yaşlı sakini Yuri K. çoxsaylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib. Nəşr qeyd edir ki, ifadə vermək iqtidarında olmayan yaralı Sevan xəstəxanasından İrəvana aparılıb.
Əməliyyat-axtarış tədbirləri zamanı müstəntiqlər hadisənin təfərrüatlarını öyrəniblər. Onların məlumatına görə, həmin gün axşam zərərçəkən tanışı ilə birlikdə öz avtomobilində (sükan arxasında) olub. Onlar arasında mübahisə yaranıb və Yuri K. qumbara çıxararaq onu partladacağı ilə hədələyib.
Sərnişin avtomobili tərk etməyə çalışarkən Yuri K. onu saxlamaq istəyib. Bu zaman qumbara əlindən düşüb. Onun tanışı avtomobildən çıxmağa macal tapıb, bundan sonra partlayış baş verib.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO











