Avtomobili partladıb qaçan şübhəli Türkiyədə tutuldu – HƏBS GÖRÜNTÜLƏRİ

Hadisə 24 İyul 2024 19:30 Oxunub 164
Avtomobili partladıb qaçan şübhəli Türkiyədə tutuldu – HƏBS GÖRÜNTÜLƏRİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə yaxalanıb.

Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə paylaşım edib.

“Bu gün saat Rusiya hüquq-mühafizə orqanlarından Yevgeni Serebriakov adlı şəxsin Moskvada bomba yüklü avtomobillə terror aktı törətdiyi, 2 nəfəri yaraladığı barədə müvafiq qurumlarımıza xəbərdarlıq edilib. Həmin şəxsin saat 09:40-da Bodrum Hava Limanından ölkımizə daxil olduğu müəyyən olunub. Məsələ ilə bağlı Kəşfiyyat İdarəsi, İnterpol/Avropol Departamenti, MİT, İmmiqrasiya İdarəsi Müdirliyi, Terrorla Mübarizə Şöbəsi və Muğla vilayət Təhlükəsizlik Müdirliyi tərəfindən koordinasiya təmin edilib. Əməliyyatı həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm” , - Yerlikaya bildirib.

Qeyd edək ki, bu gün Rusiya paytaxtının Sinyavinskaya küçəsində yaşayış binasının qarşısında avtomobil partlayıb. Partlayış nəticəsində iki nəfər yaralanıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov avtomobilə partlayıcı qurğu yerləşdirən şəxsin Türkiyəyə qaçdığını açıqlamışdı. 

 

Namiq Musayev

 

Rusya'da bombalı saldırı düzenleyen terörist Bodrum'da yakalandı İhlas  Haber Ajansı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh