Avtomobili qaçırıb hissələrə bölərək satmaq istəyən şəxslər yaxalandı - VİDEO

Avtomobili oğurlayıb, izi itirmək məqsədi ilə qara rəngə boyayıblar.
Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Zərərçəkmiş şəxs polisə müraciət edərək bildirib ki, "VAZ-2107" markalı avtomobili qaçırılıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Əyyar Əliyev, Elgiz Hacızadə və Rafiq Məmmədli saxlanıblar.
Saxlanılan şəxslər oğurladıqları avtomobili Ağcabədi rayonuna aparıblar. Onların məqsədi maşını ehtiyat hissələrinə ayırıb satmaq olub. İzi itirmək üçün avtomobilin rəngini və dövlət qeydiyyat nişanını da dəyişiblər.
Nəqliyyat vasitəsi rayon ərazisində sökülmüş vəziyyətdə tapılıb. Faktla bağlı araşdırmalar davam edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO










