Avtomobili sıxışdıran “Sprinter” baxın necə qəza şəraiti yaratdı - VİDEO

Ötmə qaydasını gözardı edən sürücü sağ zolaqdakı avtomobili sıxışdıraraq qəza şəraiti yaradıb.
Avtosfer.az xəbər verir ki, mövcud qayda pozuntusu avtomobilin videoregistratoruna anbaan düşüb. Görüntüdən aydın olduğu kimi, “Mercedes Sprinter” markalı minik vasitəsi yolun sağ zolağında irəliləyən “Mercedes” markalı avtomobilin yoluna girib. Dönmə işığını yandıran “Sprinter” “Mercedes”i yol boyunca sıxışdıraraq önə keçməyə çalışıb. Videoya diqqətlə baxdığımız zaman yol ayrıcına çatan minik avtomobilinin qəza şəraiti yaratdığını və şikayətçinin sağa dönməsi ilə yaranmış təhlükəni aradan qaldırdığını görə bilərik. Bununla kifayətlənməyən “Sprinter” dəmir yol keçində də ötmə qaydasının qadağan olmasına baxmayaraq əməlindən əl çəkməyib. Üstəlik şikayətçi ilə qurduğu dialoq zamanı etdiyi səhvi anlamaq əvəzinə, özünə haqq qazandırıb.
Qeyd edək ki, sürücüsünün baş vurduğu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.3 maddəsinə əsasən, 80 manat və 4 bal cərimə ilə nizamlanır.
Nərmin
Toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu - 4 il 10 ay 4 gün
Gəmiricilər kabelləri məhv edib təzə avtomobillərə ziyan vurdu
Bakıda naməlum qadın gecə evlərin arasında gəzir - "Narkotik axtarır" - VİDEO
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO










