
Avtomobili yolun ortasında saxlayan sürücü saatlarla tıxaca səbəb oldu - VİDEO
Hadisə
25 Sentyabr 2023 12:18
Oxunub 2804

Paytaxtın mərkəzi küçələrindən birində sürücülər bir neçə saat tıxacda qalıb. Səbəbi isə bir sürücünün məsuliyyətsizliyidir.
Avtosfer.az xəbər verir ki, 77-FA-093 dövlət nömrə nişanlı “FORD” markalı avtomobilin sürücüsü maşını yolun ortasında park edərək ərazidən uzaqlaşıb. Nəticədə yolda dəhşətli sıxlıq müşahidə olunub. Görüntülər izləyicilər tərəfindən saytın qaynar xəttinə göndərilib.
Qeyd edək ki, kobud qayda pozuntusu edən sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə məsuliyyətə cəlb edilə bilər.
Leyla
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR