

Avtomobillərindən düşmədən dava etdilər.
Avtosfer.az xəbər ki, sosial şəbəkələrdə maraqla qarşılanan olay Rusiyanın Murmansk vilayətində baş verib. Həvəskar kamerası ilə çəkilən görüntüdən göründüyü kimi yanaşı dayanan maşınlar sürücülərin silahına çevrilib. Avtomobillərinin qapısından istifadə edərək qarşı tərəfin nəqliyyat vasitəsini növbəli şəkildə əzən sürücülər çatışmanı bitirmək əvəzinə, daha da alovlandırmağa cəhd edirlər. Mübahisəli sürücülərdən birinin yanında əyləşən qadın baş verənləri həzm edə bilməyərək avtomobildən düşür və qarşı tərəfin maşının arxa şüşə silgəcini sındırır. Bununla ürəyi soyumayan xanım sərnişin sıradan çıxartdığı silgəclə “maşını döyməyə” başlayır. Qarşı tərəf manevrlər edərək onu vurmağa çalışsa da məqsədinə çata bilmir. Yol kənarındakı bordürə çıxan sürücü dava ortağını gözləyir və onu maşına alaraq ərazidən uzaqlaşır.
Nərmin Əkbər