Avtomobilin şüşəsinə yumruq atan “Prius” sürücüsü baxın necə hədə-qorxu gəldi - VİDEO

Törətdiyi qayda pozuntusu ilə kifayətlənmədi, sürücünü hədələməyə başladı.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən hadisə paytaxtın mərkəzi küçələrindən birində qeydə alınıb. Sərnişinin lentə aldığı görüntülərdən də məlum olduğu kimi sağ tərəfdə saxlayan “Toyota Prius” markalı, 77-GS-319 dövlət nömrə nişanlı avtomobilin sürücüsü digər maşın idarəçisinin üzərinə gəlib. Belə ki, o, ilk olaraq avtomobildən düşərək mübahisə etdiyi şəxsin maşınının qapısını açmağa cəhd edib. Qapının bağlı olduğunu görəndən sonra isə şüşəsini yumruqlamağa və hədə-qorxu gəlməyə başlayıb. Sürücünün sözlərinə görə onu hədələyən “Prius” idarəçisi yolda xuliqanlıq edərək onun maşınını vurub. Günahkar olduğu halda özünü haqlı çıxarmağa çalışan sürücü avtomobilinə mindikdən sonra da üzünü zərərçəkənə doğru yönəldərək nalayiq ifadələrlə onu hədələməyə davam edib.
Nərmin
Gəmiricilər kabelləri məhv edib təzə avtomobillərə ziyan vurdu
Bakıda naməlum qadın gecə evlərin arasında gəzir - "Narkotik axtarır" - VİDEO
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA










