Avtomobilin üzərində qan izləri görüb polisə xəbər verdilər, ortaya qoyun çıxdı

Antalyanın Manavgat rayonunda qeyri-adi hadisə baş verib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, bir vətəndaş, ağ rəngli avtomobilin hər tərəfində qan izləri görərək vəziyyəti yol polisə bildirib.
Hadisə Çağlayan ibtidai məktəbinin yaxınlığında baş verib. Məktəbin qarşısında növbədə olan yol polisi, avtomobilin arxa nömrə nişanında və ön sol hissəsində qan ləkələri olduğunu görüb və dərhal Trafik Bürosu ilə əlaqə saxlayaraq avtomobil sahibinin tapılmasını istəyib.
Qısa müddət sonra hadisə yerinə gələn qadın sürücü, avtomobili yeni aldığını və ənənələrə uyğun olaraq kəsilən qurbanın qanını avtomobilin bəzi hissələrinə sürdüyünü bildirib.
Qadının izahından sonra hadisənin təhlükəli vəziyyətlə bağlı olmadığı müəyyənləşdirilib və polis əməkdaşı ərazidən ayrılaraq vəzifəsinin icrasına davam edib.
Hadisə sosial mediada da maraq doğurub və bir çox istifadəçi bunu "ənənə və müasirliyin qəribə qarşılaşması" kimi dəyərləndirib.(Sonxeber)
Küçəni zibilləyən sürücü cəzalandırıldı - 8 sutka həbs olundu
Kamran Əsədov məhkəmə zalında həbs olundu - QƏRAR
Sürücünün önünə qəfil çıxan piyada az qala maşının altında qalacaqdı - REAL VİDEO
"BakuBus"ın 6 nömrəli marşrutu ilə bağlı NARAZILIQ: "Yarım saat gözləməli oluruq"
“Lexus”un şüşəsini sındırıb pul və sənədləri oğurladı
Bəylər Əyyubovun qardaşı oğlunun işi üzrə daha 2 nəfər həbs edildi
“Range Rover” və “Hyundai”dən oğurluq edən şübhəli tutuldu
Metrodakı yanğından sağ çıxmışdı, bu dəfə evində öldü
Qızıl daşıyan maşın aşdı; 8 kiloqram qızıl axtarılır - FOTO
YDM-də huşunu itirən kişi soyğunçuluğa məruz qaldı: Pulu və telefonu oğurlandı - FOTOLAR
DİN əməliyyat keçirib, 46 kq marixuana aşkarlanıb - FOTO - VİDEO











