Avtomobilindən enib körpüdən özünü atdı

İstanbulda yerləşən 15 İyul Şəhidlər Körpüsündə günorta saatlarında baş verən faciəvi hadisə bir nəfərin həyatına son qoyub.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, saat 13:30 radələrində bir şəxs avtomobilini körpü üzərində saxlayaraq özünü Boğaza atıb. Hadisəni görən sürücülərin xəbərdarlığı ilə əraziyə polis, dəniz polisi və təcili tibbi yardım briqadaları göndərilib.
Qısa müddətdə axtarış işlərinə başlayan dəniz polisi, şəxsi sudan çıxarıb, lakin onun həyatını itirdiyi müəyyən edilib. Həyatını itirən şəxsin meyiti ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.
Hadisə səbəbindən 15 İyul Şəhidlər Körpüsündə hər iki istiqamətdə nəqliyyatın hərəkətində axsamalar olub. Bir müddət nəqliyyat axını hər iki istiqamətdə yalnız iki zolaq üzrə nəzarətli şəkildə təmin edilib.(sonxeber)
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı












