Avtomobilinizi park edərkən DİQQƏTLİ OLUN - Əks halda.. - VİDEO

Hadisə 9 Avqust 2023 19:15 Oxunub 2372
Avtomobilinizi park edərkən DİQQƏTLİ OLUN - Əks halda..    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda avtomobilin ehtiyat hissələrini oğurlayan şəxs anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına əsasən, sosial şəbəkədə qınaq obyektinə çevrilən hadisə avqustun 7-də səhər saatlarında qeydə alınıb. Görüntüdən məlum olduğu kimi, 77-FJ-765 dövlət nömrə nişanlı, “Hyundai I30” markalı avtomobilin yan güzgüləri oğurlanıb. Belə ki, “Kia Rio” markalı avtomobildən düşən şəxs parklanmış maşının öncə sol, daha sonra sağ tərəfdəki güzgüsünü çıxarıb. Oğurladığı güzgüləri maşına aparan şəxs onunla əlbir olan “Kia” sürücüsü ilə ərazidən uzaqlaşıb. 
Qeyd edək ki, zərərçəkmiş videonu şəxsi hesabında paylaşaraq insanlara ehtiyatlı olmalarını bildirib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh