Avtomobillə piyadanı vuraraq öldürən şəxslə bağlı qərar - 31 min manat ödəyəcək

Ötən il iyulun 31-nə keçən gecə Xətai rayonunda piyadanın ölümünə səbəb olan avtoqəza ilə bağlı məhkəmə prosesi başa çatıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində hadisəni törətmiş 2006-cı il təvəllüdlü Yəhya Şərifzadəyə hökm oxunub.
O, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib. Y.Şərifzadəyə cəzasını məntəqə tipli müəssisədə çəkməklə 3 il 9 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun sürücülük hüququ 1 il 6 ay müddətə məhdudlaşdırılıb. Həmçinin vəfat edən şəxsin ailəsinin mülki iddiası qismən təmin olunub.
Belə ki, təqsirləndirilən şəxs 29 367.45 manat maddi, 2 000 manat mənəvi, ümumilikdə dəymiş ziyana görə isə 31 367.45 manatı mərhumun ailəsinə ödəyəcək.
Qeyd edək ki, hadisə gecə saat 23 radələrində metronun "Əhmədli" stansiyası yaxınlığında baş verib.
Yəhya Şərifzadə "Volkswagen Passat" avtomobili ilə metronun "Əhmədli" stansiyasından "Bakı" kinoteatrı istiqamətində Sarayevo küçəsi ilə hərəkətdə olarkən yolu keçməkdə olan 2004-cü il təvəllüdlü piyada Nurlan Qasımovu vurub.
Bu zaman idarəetmədən çıxan avtomobil yolun hərəkət hissəsinin kənarındakı səkidə dayanmış Siruz Famil oğlu Əhmədovu vurub. S.Əhmədov aldığı bədən xəsarətindən ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanaraq araşdırma aparılıb.
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü












