Avtoşluq edən əsgər barəsində cinayət işi başlanıb - RƏSMİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun qanunsuz hərəkətləri, o cümlədən xidmət yerini özbaşına tərk etməsi barədə toplanmış müvafiq materiallar Hərbi Prokurorluğa daxil olduqdan sonra araşdırma aparılıb.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. Bildirilir ki, yol hərəkəti qaydaları əleyhinə müvafiq inzibati xətaların törədilməsinə dair kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış görüntülərlə əlaqədar qanunauyğun tədbirlərin görülməsi qanunvericiliyin tələblərinə əsasən aidiyyəti qurumlar tərəfindən təmin olunur.
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO










