Avtoyumanın işçisini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

Zəngilan rayonunda 1971-ci il təvəllüdlü Elman Zeynalovun avtomobillə qəsdən vurularaq öldürülməsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qətlə yetirilən E.Zeynalov 2022-ci ildə Ağalı kəndinə köçən ilk sakinlərdən olub və ona məşğulluq xidməti tərəfindən avtoçilingər alətləri də verilib. Əsasən avtomobil təmiri ilə məşğul olan E.Zeynalov həmçinin avtoyuma məntəqəsi də işlədirmiş.
Kənd sakini, 1980-ci il təvəllüdlü Elçin Abdullayevlə onun arasında dünən avtomobil təmiri ilə bağlı mübahisə yaranıb. Mübahisə qısa müddətdə sona çatıb və E.Abdullayev evinə gedib. E.Zeynalov isə avtoyuma məntəqəsinin qarşısında çölə qoyduğu dəmir çarpayıya uzanıb telefonuna baxırmış. E.Abdullayev qəflətən özünə məxsus "Ford Transit" markalı yük avtomobilini işə salaraq E.Zeynalovun üzərinə sürüb və onu çarpayı ilə birlikdə vurub. E.Zeynalov avtomobilin altına düşərək, ağır xəsarətlər alıb. Sakinlər onu xəstəxanaya aparmaq istəsə də, E.Zeynalov yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-cı il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib.
***09:23
Zəngilanda piyadavurma hadisəsi olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Ağalı kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 1971-ci il təvəllüdlü Elman Zeynalov işlədiyi avtoyuma məntəqəsinin qarşısında "Ford Transit" markalı yük maşını ilə vurulub. O, xəstəxanaya aparılan zaman yolda vəfat edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən sürücü, 1980-ci il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib.
İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR









