Ayağını ön oturacağa qədər uzadan sərnişin taksi sürücüsünü qəzəbləndirdi - VİDEO

Hadisə 14 Mart 2024 17:50 Oxunub 986
Ayağını ön oturacağa qədər uzadan  sərnişin taksi sürücüsünü qəzəbləndirdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sərnişinlərə qəzəblənən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Taksi fəaliyyətiylə məşğul olan “Toyota Prius” markalı avtomobilin sürücüsü sərnişinin qeyri-etik hərəkətindən danışıb. Sürücünün iddiasına əsasən, arxa oturacaqda əyləşən sərnişinlərdən biri ayaqqabılarını çıxararaq ayağını ona tərəf uzadıb. Sürücü, xanım sərnişinə ayaqlarını aşağı salmasını bildirib. O isə cavabında rahatlığı üçün taksi sifariş etdiyini və sərgilədiyi hərəkətin normal olduğunu qeyd edib. Əsəbiləşən sürücü sifarişi ləğv etdiyini və sərnişinləri maşınından düşürdüyünü əlavə edib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh