Ayaqlarını pəncərədən çıxaran sürücü və sərnişin həbs edildi - VİDEO

Şamaxıda sərxoş vəziyyətdə ayağını çölə çıxararaq avtomobil idarə edən şəxs məsuliyyətə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, rayonun Mədrəsə qəsəbəsində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücü və sərnişininin ayaqlarını çölə çıxararaq cəmiyyətə açıq hörmətsizlik etməsi ilə bağlı görüntülər yayılıb. Digər hərəkət iştirakçıları üçün təhlükə yaradan maşındakı şəxslərin hərəkəti qəsəbə sakinlərinin də narazılığına səbəb olub.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, ictimai qaydanı pozan şəxslər saxlanılıb:
“Sürücünün 2003-cü il təvəlllüdlü Səyyad Pənahov, sərnişinin isə 22 yaşlı Səxavət Nəzərov olduğu müəyyən edilib. Həmin vaxt sərxoş vəziyyətdə olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə S.Pənahov sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 15 sutka, S.Nəzərov isə 10 sutka inzibati qaydada həbs olunub”.
Əvvəl şlaqbaumu qırdı, sonra yaşlı mühafizəçini döydü - Bakıda HADİSƏ - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO










