Banner

Azər Maqsudova hökm oxundu - VİDEO

Hadisə 27 Oktyabr 2025 11:18 Oxunub 168
Azər Maqsudova hökm oxundu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümünə səbəb olmaqda ittiham olunan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun məhkəməsi başa çatıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Azər Maqsudova 4 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həkim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Məlumat üçün bildirək ki, bu tip müəssisədə cəza çəkən məhkumlara müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənarda qalmağa icazə verilir.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində Arif Acaloğlu dünyasını dəyişib. KTM-in şöbə müdiri həbsdə deyil, barəsində istintaq dövrü üçün başqa qətimkan tədbiri seçilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh