Azər Zahid haqda həbs QƏRARI VERİLDİ - Bu cinayətlərdə ittiham olunur
Hadisə
25 Dekabr 2024 19:21
Oxunub 216
“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.
Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.
Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “TikTok” əməliyyatı ilə bağlı 15-dən çox saxlanılan var. Onların hamısı istintaqa cəlb edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR