Banner

Azərbaycan DƏHŞƏTLİ HADİSƏ: Evdən kişi və qadın meyiti tapıldı - VİDEO - YENİLƏNİB

Hadisə 18 Noyabr 2026 09:14
Azərbaycan DƏHŞƏTLİ HADİSƏ:  Evdən kişi və qadın meyiti tapıldı  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Şəmkir rayonunun Varlı Həyat kəndində bir evdən qadın və kişi meyitlərinin aşkarlanması ilə bağlı yeni təfərrüat məlum olub.

Baku TV-nin məlumatına görə, hadisə zamanı Rəfi Mustafayevlə Yasəmən Süleymanova arasında mübahisə yaranıb və kişi qadının baş nahiyəsinə küt alətlə zərbələr endirib.

Kənd sakinlərinin bildirdiyinə görə, 58 yaşlı Rəfi Mustafayev ailəsindən ayrılıb və üç övladı var. Onun meyitinin yanında ölü vəziyyətdə tapılan qadın isə kənd sakinlərinə tanış olmayıb.

YouTubehttps://www.youtube.com/watch?v=pJqU41IaCfg

 

***17 noyabr 10:06

Şəmkirdə qətlə yetirilən qadının kimliyi məlum olub.

Avtosfer.az xəbər verir ki, qətlə yetirilən Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü Yasəmən Süleymanovadır.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

***09:06

Şəmkirdə bir evdən qadın və kişi meyitlərinin tapılması ilə bağlı yeni detallar məlum olub.

Rayonun Varlı Həyat kəndində baş verən hadisə zamanı kişi qeyri-rəsmi yaşadığı qadını öldürüb. Bundan sonra isə o intihar edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir./oxu.az

***

Şəmkir rayonunda evdən kişi və qadın meyitinin tapılması ilə bağlı bəzi təfərrüat məlum olub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Varlı Həyat kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü R.Mustafayev gün ərzində kənddə görünmədiyindən və telefon zənglərinə cavab vermədiyindən yaxınları onun yaşadığı evə yollanıblar.

Evin qapısının bağlı olduğunu görən yaxınları hasardan aşaraq həyətə daxil olublar.

Onlar evdə R.Mustafayevin və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadının meyitini aşkar ediblər.

Mərhumun yaxınlarının sözlərinə görə, R.Mustafayev kənddə əkinçiliklə məşğul olurmuş. Meyiti tapılan qadının isə onun yanında işlədiyi bildirilir.

Məlumata görə, R.Mustafayev bir neçə il əvvəl ailəsindən ayrılıb. Onun övladının olduğu bildirilir.

Hər iki şəxsin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxunub : 424
ŞƏRH YAZ
Ad

E-mail

Şərh