Azərbaycan diaspor rəhbərinin oğlu iki aylıq həbs edilib

Yekaterinburqun Lenin rayon məhkəməsi Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, qərar qüvvəyə minməyib və apelyasiya qaydasında şikayət verilə bilər.
Xatırladaq ki, M.Şıxlinski saxlanılan zaman xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.
***
Mutvalı Şıxlinski məhkəmənin açıq hissəsində hadisənin necə baş verdiyini deyib:
“Mən bunu bilərəkdən etməmişəm. Mən onu görmürdüm. O, məndən sağda olub. Mən bunu sonradan bilmişəm”.
Xatırladaq ki, M.Şıxlinski xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.
***
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski yenidən məhkəməyə gətirilib.
Məlumata görə, jurnalistlər məhkəmə zalından çıxarılıblar və proses qapalı keçiriləcək.
***
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski barədə qərar qəbul edilməsi üçün keçiriləcək məhkəmə prosesi təxirə salınıb.
Məhkəmə yerli vaxtla saat 16:00-da keçirilməli idi. Hələlik prosesin keçiriləcəyi saat məlum deyil.
***
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski məhkəməyə gətirilib.
Məlumata görə, o, saxlanılan zaman “Mercedes-Benz G-Class” (Galendvagen) markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.
Məhkəmə prosesi başlayıb.
***
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.
Bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib.
"Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib", - agentliyin həmsöhbəti bildirib.
Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.
Daha əvvəl güc strukturlarında bildirmişdilər ki, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılıb. Daha sonra o azad edilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












