Azərbaycan Ordusunun əsgəri İNTİHAR ETDİ

Azərbaycan hərbçisi özünü güllələyərək öldürüb.
Bu barədə Avtosfer.az-a Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əsgərli Aslan Əkbər oğlunun dekabrın 14-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.
Daxil olan məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - məlumatda bildirilib.
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA










